Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yəməndə avtobus bombalandı: 39 ölü

  19
16:40 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Koalisiya Yəmənin Saada şəhərində yerli əhalinin ölümünə səbəb olan hava əməliyyatı həyata keçirib.

 

Paralel.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bir avtobusun hədəfə alınması nəticəsində içərisində çoxu uşaq olan onlarla insan həyatını itirib.

Beynəlxalq Qızıl Xaç Təşkilatı sosial şəbəkədəki hesabında ölənlərin əksəriyyətinin 10 yaşdan kiçik uşaqlar olduğunu bildirib.

 

Koalisiya hava əməliyyatının Səudiyyə Ərəbistanına Yəməndən raket zərbələrinə cavab olaraq həyata keçirildiyini qeyd ediblər.

 

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi yerli hakimiyyət arasında müharibə gedir. Səudiyyə Ərəbistanı husilərin onun ərazisinə dəfələrlə raket zərbələri endirdiyini bildirib.


Yazarlar