Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ukrayna Krımla bağlı yeni qətnamə hazırlayır

  19
13:55 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

Ukrayna prezidenti Petr Poroşenko Krımın statusu ilə bağlı yeni qətnamə hazırlamağı tapşırıb.

 

Paralel.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, yeni qətnamənin BMT Baş Assambleyasının növbəti sessiyasına kimi hazırlanması planlaşdırılır.

 

“Mən BMT Baş Assambleyasının növbəti sessiyasına kimi Krımla bağlı yeni qətnamə hazırlanması haqda diplomatlara tapşırıq vermişəm. Bu qərar Krımın statusu ilə bağlı hər hansı bir spekülasiyanın qarşısını almaq üçün verilib” – Poroşenko bildirib.

 

Qeyd edək ki, Ukrayna XİN Rusiya prezidenti Vladimir Putinin avqustun 4-də Krıma səyahətinə etiraz edib.

 

Əvəz ZEYNALOV


Yazarlar