Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ-ın S-400 təhdidinə Hindistandan CAVAB: “ABŞ qanunları Hindistana aid deyil”

  16
10:10 14-07-2018
Şriftin ölçüsünü dəyiş  

Hindistan mətbuatı, Hindistanın ABŞ-ın təzyiqlərinə qarşılıq olaraq Rusiyadan S-400 Zenit raket kompleksi almaq üçün görüşlərə davam etdiyini yazıb.

 

Paralel.az xəbər verir ki, Hindistanın müdafiə naziri Nirmala Sitharaman “ABŞ qanunları Hindistana aid deyil” deyib:

 

“Hindistana gələn ABŞ heyətinə, ABŞ qanunlarının, BMT-nin qərarları ilə eyni olmadığını dedik. Rusiya istehsalı olan S-400 Zenit raket kompleksi almaqla bağlı görüşlər son mərhələdədir. ABŞ-lı rəsmilərə də Rusiya ilə uzun müddətli əlaqələrimizin olduğunu və bu əlaqələri inkişaf etdirəcəyimizi dedik”.

 

Qeyd edək ki, daha əvvəl ABŞ-lı rəsmilər, Rusiyadan S-400 Zenit raket kompleksi alınarsa Hindistana sanksiyaların tətbiq olunacağı xəbərdarlığını etmişdilər.


Yazarlar