Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Goranboyda traktor aşıb, 4 nəfər xəsarət alıb

  17
09:15 14-07-2018
Şriftin ölçüsünü dəyiş  

Goranboy rayonunda ağır yol qəzası baş verib.

 

Paralel.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Qəza zamanı xəsarət alan  Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin  vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir.


Yazarlar