Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ötən gün 94 cinayət faktı qeydə ALINIB

  19
09:05 14-07-2018
Şriftin ölçüsünü dəyiş  

Ötən gün ərzində respublika ərazisində daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Paralel.az-a verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

 

"Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət alıb: "Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb".


Yazarlar