Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Terror qurbanlarının sayı 128-ə çatdı

  39
22:35 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Pakistanın cənub-qərbində törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Paralel.az xarici mediaya istinadən xəbər verir ki, terror qurbanlarının sayı 128 nəfərə çatıb. Hadisə nəticəsində 120 nəfər yaralanıb.

 

Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib.

 

İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzada Siray Raysanı həlak olub. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

 

Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.


Yazarlar