Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qubada ağır qəza: ölən və yaralanan var

  39
21:25 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Paralel.az “Report”a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomagistralının rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Vüqar Nazim oğlu Talıbovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Nəticədə sürücü V.Talıbov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva ağır bədən xəsarətləri alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır


Yazarlar