Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ətraf mühitin çirkləndirilməsinə görə 320 min manat cərimə toplanıb

  38
21:05 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 968 müəssisədə müvafiq müayinələr aparılıb. Dövlət  Statistika Komitəsindən Paralel.az-a verilən məlumata görə, müayinələr nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 34,6 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 40,3 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunan müəssisələrin 18,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olub.

 

Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan 448 nəfərdən 320 min manat məbləğində cərimə tutulub.


Yazarlar