Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Müəllim və şagirdlər “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar +

  23
18:50 13-07-2018
Şriftin ölçüsünü dəyiş  
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ölkəmizin bölgələrində fəaliyyət göstərən filialları xalçaçılığın təbliği ünvanı kimi də mühüm əhəmiyyət daşıyır.
Paralel.az xəbər verir ki, son vaxtlar ictimaiyyətin nümayəndələri, ölkəmizin regionlarına səfər edən qonaqlar, məktəblilər tez-tez “Azərxalça”nın filialları ilə tanış olur, milli dəyərimiz olan xalça barədə ətraflı məlumat alırlar.
İyulun 13-də Bakı Oksford Məktəbinin və onun Şəmkir filialının müəllim və şagirdlərindən ibarət bir qrup “Azərxalça” ASC-nin Şəmkir filialı ilə tanış olub.
Məlumat verilib ki, 2016-cı ildə tikintisinə başlanılan filial binası 2017-ci il avqustun 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satışsalonu və digər bölmələrdən ibarətdir. Emalatxanada çalışan 66 toxucu qədim çeşnilərimiz əsasında Azərbaycan xalçalarıtoxuyur. Gəncə şəhərinin, Şəmkir,Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalççeşnilərinə üstünlük verilir. Bu çeşnilər "Azərxalça"nın rəssamları tərəfindən hazırlanır. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalççeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir.
Bildirilib ki, emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlətəmin edilib. İndiyədək burada 539 kvadratmetr 170 xalça toxunub.
Şagirdlər burada toxunan xalçalara həvəslə baxıblar. Onları maraqlandıran suallar cavablandırılıb.

Yazarlar