Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Zabratda avtomobil oğrusu tutulub

  25
16:10 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

İyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

 

Daxili İşlər Nazirliyindən Paralel.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

 

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Mahrızlı kəndinin ərazisində Ə.Abbasovun avtomobilindən oğurluğa cəhd göstərməkdə, V.Məmmədlinin və R.Əhmədovun avtomobillərindən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ağəli Salahov saxlanılıb. Onun həmin gün V.Məmmədlinin “Mercedes” markalı avtomobilini qaçırmağa cəhd göstərdiyi də müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Yazarlar