Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qarabağ” - “Olimpiya” oyununa iki günə 5 min bilet satılıb

  22
15:20 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Qarabağ" klubunun Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

 

Paralel.az "Report"-a istinadən xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb. Arenanın tutumu, ümumilikdə, 31200 nəfərlikdir. Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

 

Qeyd edək ki, iyulun 18-də keçiriləcək “Qarabağ” - “Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.


Yazarlar