Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fransa, yoxsa Xorvatiya - çempion kim olacaq? - Ağasəlim Mircavadovun PROQNOZU  

  477
12:45 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Sabah Rusiya paytaxtı Moskva şəhərindəki “Lujniki” stadionunda futbul üzrə Dünya Çempionatının final oyunu keçiriləcək. Bütün rəqiblərindən üstün olan Fransa və Xorvatiya milli komandaları çempion olmaq uğrunda mübarizə aparacaqlar.

Bu iki milli komandanın finaladək irəliləyəcəyini bəziləri güman etmirdi. Hərçənd Fransa haqda belə belə fikirləşənlər Xorvatiya ilə müqayisədə daha azlıq təşkil edirdi.

Mraqlıdır, bu il çempion hansı ölkə olacaq?


Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Paralel.az-a deyib ki, Xorvatiya  həm fiziki, həm də oyun cəhətindən geridə qalan rəqiblərinə qalib gəldi.


“Bu komanda finalda oynamağa layiqdir. Yaddan çıxarmaq lazım deyil ki, Xorvatiya 3 oyunu 120 dəqiqə oynayıb və hər üçündə də qələbə qazanıb. Bu komandanın təcrübəli futbolçularının əzmkarlığından, ağıllı oyunlarından və taktiki gedişlərindən belə nəticə gözlənilən idi. Mən düşünürəm ki, sabah final oyunu çox maraqlı keçəcək. Finala iki Avropa ölkəsinin millisi çıxıb. Bu o deməkdir ki, Avropada futbola çox diqqət ayrılır. Hər ikisi yaxşı oyun nümayiş etdirən komandadır, həm azarkeşlər üçün, həm də özləri üçün çox maraqlı olacaq”.


A.Mircavadov deyib ki, final oyunu ilə bağlı proqnoz vermək çox çətindir:

“Hər iki komanda güclü oyun nümayiş etdirib. Mın İngiltərə-Xorvatiya oyunundan öncə öz fikirlərimi bildirdim, çoxu İngiltərinin qalib gələcəyini deyirdi. Səbəb kimi İngiltəri futbolçularının yüngül oynaması göstərilirdi. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil ki, Xorvatiya ağır oyunlarla qələbə qazanır. Onlar 3 oyunda əlavə 30 dəqiqə də mübarizə aparmaqla qələbə qazandılar. Mən düşünürəm ki, final çox gərgin olacaq”.

 

Əməkdar məşqçi deyib ki, Belkçika millisi də çempionatda çox gözəl oyun nümayiş etdirib.

“Mən çox istərdim ki, Belçika finala çıxsın. Fransayla qarşılaşmaya qədər çox gözəl oynayırdı. Fransızların qoyduğu taktiki gedişlər onları aldatdı və oynaya bilmədilər”.


Yazarlar