Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rüstəm Məmmədov: “Bu kitab S-400 raketindən də güclü effektə malik olacaq” +

  33
12:25 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun “Ermənistan Respublikasının işğalçılıq siyasəti və regional təhlükəsizlik problemləri” adlı kitabı işıq üzü görüb. 

Paralel.az xəbər verir ki. ingilis dilində nəşr olunan bu kitabda müsir beynəlxalq hüquqda işğalçılıq siyasəti tədqiq olunaraq, klassik beynəlxalq hüquq nöqteyi nəzərdən işğalın əlamətləri analiz edilib. Bundan başqa XX əsrdə dünyada baş vermiş işğalçılıq hadisələrinin xronikası verilib. Kitabın ikinci fəsli tamamilə Ermənistan faktoruna həsr olunub. Burada Ermənistanın Azərbaycana qarşı təcavüz hərəkətləri, beynəlxalq hüququ pozmasından bəhs olunub. Burada Azərbaycan torpaqlarının işğalının yeddi mərhələdən ibarət olduğu analiz olunub.

Kitabın üçüncü fəslində Azərbaycana vurulan humanitar cinayətlərdən bəhs olunub. Burada Ermənistanın işğalçılıq siyasətinin həmçinin humanitar cinayətlərə səbəb olduğu sübut olunub. Kitabda həmçinin Xocalı genosidi zamanı ermənilərin humanitar cinayətləri analiz olunub. Bundan başqa düşmən ölkənin Azərbaycan ərazisinə vurduğu ekoloji cinayətlər təhlil olunub. Kitabda Sərsəng su anbarı ilə bağlı da məsələ qaldırılıb. Qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu ən böyük humanitar fəlakət Sərsəng su hövzəsi ilə bağlıdır. Belə ki, erməni işğalı altında olan Sərsəng su anbarından yaz, yay və payız aylarında Tərtər çayına su buraxılmadığına görə 7 rayon susuz qalıb. Bundan başqa su anbarı partladılarsa, 6-7 rayonun su altında qala biləcəyi də kitabda qeyd olunub.

Bütövlükdə kitabda Ermənistanın işğalçılıq əməllərinin regional təhlükəsizliyə vura biləcəyi zərər analiz edilib.

Qeyd edək ki, kitab ingilis dilinə hüquq elmləri üzrə fəlsəfə doktoru Cavid Hacıyev və Xaqani Məmmədovun iştirakı ilə tərcümə olunub.   

Professor R.Məmmədov Paralel.az-a bildirib ki, bu kitab Azərbaycanın Ermənistana qarşı təbliğat mübarizəsində ön cərgələrdən birini tutacaq. Belə ki, “Ermənistan Respublikasının işğalçılıq siyasəti və regional təhlükəsizlik problemləri” adlı bu kitab həmçinin Avropa İttifaqı çərçivəsində “Globe edit” nəşriyyatı tərəfindən də nəşr olunub.

“”Globe edit” Avropa İttifaqının tanınmış nəşriyyatlarından biridir. Onlar bu kitabı öz vəsaitləri hesabına çap ediblər. Hələlik 10 min tirajla buraxılıb və Avropa və ABŞ-da yayacaqlar. Mənə elə gəlir ki, onlar kitabın əhəmiyyətini dərk edərək onu qəbul ediblər. Yəni mənim qara gözümə, qara qaşıma görə etməyiblər. Onlar hesab ediblər ki, bu kitab Avropa üçün də, Amerika üçün də çox dəyərli kitabdır. Burada həm qlobal humanitar təhlükə və regional təhlükəsizlik problemləri gündəmə gətirilib. Həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən analiz var. Ona görə də bu kitabın dəyəri çox böyükdür. Mənim də əsas məqsədim ondan ibarətdir bunu ictimai şüura yeridək. Əsas vacib məsələ bunu Amerika və Avropa məntiqinə yeritməkdir. Kitab ona görə ingilis dilində hazırlanıb. Qoy Qərb dünyası bilsin ki, Ermənistan tərəfindən Azərbaycanın başına hansı fəlakətlər gətirilib. Bu kitab ermənilərə qarşı böyük bir zərbədir. Çünki erməni siyasətinin iç üzü açılıb tökülüb. Bu kitab birbaşa erməniyə bir atəşdir. Hətta deyərdim ki, S-400 raketindən də güclü effektə malik olacaq. Bu, erməniyə elə bir yaylım atəşi olacaq ki, onlar bu zərbədən çətin qalxsın”, - deyə professor bildirib. 

 

Qeyd edək ki, bu kitab R.Məmmədovun erməni işğalı və Qarabağ probleminə həsr etdiyi sayca 8-ci kitabdır. Onladan 5-i ingilis, 3-ü isə Azərbaycan dilində nəşr olunub. Bu, müəllifin Avropa İttifaqı xəttilə nəşr olunan ilk kitabıdır.


Yazarlar