Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yazgül Abdiyeva: “Yurddan çıxsan da, eldən çıxma”. +

  293
12:20 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda "Sağlam nəsil, sağlam gələcək” adlı konfrans təşkl olunub. İctimai Birlik rəhbəri , tibb üzrə fəlsəfə doktoru, həkim-oftolmoloq Yazgül Abdiyeva sevimli yurdu Gədəbəy rayonunun Samanlıq kəndində öz eli-obası ilə görüşdüyündən, kənd sakinlərinin sağlamlıqla bağlı bilgilərinin genişlənməsinə dəstək olmağından , həm də onları narahat edən bəzi problemlərin aradan qaldırlmasına bacardığı qədər kömək etmək və onların dərd-sərindən yaxından tanış olub onlara yardımçı olmasından məmnun olduğunu bildirib.

 

Paralel.az xəbər verir ki, konfransda millət vəkilləri Sevinc Hüseynova və  Qənirə Paşayeva , o cümlədən t.u.e.d ,professor cerrah Mushviq Həsənov, ginekoloq Kəmalə xanim tibbi yeniliklər,profilaktik tədbirlər haqqinda çıxış ediblər. Tədbir çərçivəsində kənd sakinləri, şəhid ailələri və məktəb müəllimləri ilə görüş keçirilib.

Çıxışında bu cür tədbirin keçirilməsi üçün "Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyevaya təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı, şəhidlərimizlə bağlı tədbirlərin tez-tez keçirilməsi, şəhid ailələrinə daha çox diqqət və qayğının göstərilməsi hər bir azərbaycanlının vəzifəsidir deyib. Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.

Qənirə Paşayeva "o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Çıxışında belə bir önəmli tədbirin təşkil olunması üçün “Sağlamlığın qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyevaya təsəkkürünü bildirib. “Sağlamlığın qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyeva isə öz növbəsində dogma elini-obasını hec zaman unutmadğını və bir ziyalı kimi daima onlarla bərabər olduğunu vurğulayıb.  Tədbirdə iştirak edən digər qonaqlara Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini Qüdrət Paşayevə, Vusal Musayevə ,Gədəbəy rayon Təhsil İdarəsinin nümayəndəsinə, peşəkar həkimlərimizə-t.ü.f.d, ginekoloq Kəmalə Rütəmova Talışınskiyə, t.ü.e.d, prof. Müşfiq Həsənova da iştirak etdiklərinə görə təşəkkür edib.

Tədbir çərçivəsində konfrans iştirakçıları Gədəbəydə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib,  abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Mərkəzi ziyarət ediblər.

 


Yazarlar