Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Üç istirahət mərkəzinin rəhbəri məsuliyyətə cəlb edildi

  35
12:10 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.


Bu barədə Paralel.az-a DİN-dən məlumat verilib.

İyulun 12-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə  “Əlincə” istirahət mərkəzinin icarədarı V.Heydərov və  “Sanset” istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin        271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə “Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.

 


Yazarlar