Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

  14
10:00 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Gəncədə baş verən hadisələr cəmiyyətimizin hiddətinə səbəb oldu. Ölkəmizin tərəqqisini gözü götürməyən qüvvələr terror törətməklə respublikada çaşqınlıq yaratmağa çalışdılar. Onlar anlamalıdırlar ki, Azərbaycan xalqı dövlətimizin arxasında dayanıb. Heç bir qara qüvvə ölkəmizdə mövcud olan sabitliyə, əmin-amanlığa xələl gətirə bilməz. Bu hadisələr bəzi daxili və xarici qüvvələr tərəfindən sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönələn təxribat, ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları terror idi.

Paralel.az xəbər verir ki, bu fikirləri UNEC-in dissertantı Ülviyyə Vahidqızı deyib.

Dissertant qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı, Vətənini, millətini sevən hər bir şəxs qarşıdurma yaratmaq istəyənlərə qarşı sıx birləşməli, birlikdə mübarizə aparmalıdır.

“Bir gənc olaraq məni təəssüfləndirən odur ki, öz vəzifə borclarını yerinə yetirərkən əli silahsız polis əməkdaşlarını vəhşicəsinə qətlə yetirdilər. Ən ağrılı hal isə odur ki, bunu edənlər qara qüvvələrin təsiri altına düşən gənclərdir. Bu gənclər bilməlidirlər ki, onların təhlükəsizliyinin və asayişinin qorunmasını canı bahasına təmin edən hüquq mühafizə orqanlarıdır.

Çox təəssüf ki, bu hadisələrin din pərdəsi altında həyata keçirilməsinə cəhdlər edildi. Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə müşahidə edilib. Bu isə xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu göstərir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə dinlərarası münasibətlər yeni müstəviyə yüksəlib. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Onlara bu ünsiyyət və imkanları təbii ki, Azərbaycan dövləti yaradır.

Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlətimizin başçısının birbaşa göstərişi ilə inşa olunmuş, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırılmasının örnəyini göstərir”, - deyə Ü.Vahidqızı bildirib.


Yazarlar