Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncədə iki polisin qətlinə görə axtarılan Rəşad Böyükkişiyev də tutuldu

  17
09:15 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

 Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyev də zərərsizləşdirilb.

Paralel.az saytı Real TV-yə istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanları əməkdaşlarının ötən gecə keçirdiyi keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, Rəşad Böyükkişiyev barəsində axtarış elan edilmişdi.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi  və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərin dünən yaydığı birgə məlumata görə, Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


Yazarlar