Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Paşinyan yenə Azərbaycana iftira atdı

  87
09:00 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı iddialarla çıxış edib. Paralel.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran N.Paşinyan Azərbaycanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hazırlaşmadığını, əksinə aqressivlik nümayiş etdirdiyini deməklə bir daha iftira söyləyib.


Azərbaycanın son vaxtlar keçirdiyi hərbi təlimləri nəzərdə tutan baş nazir bildirib ki, Ermənistan hadisələrin istənilən inkişafına hazır olmalıdır.

 

“Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən sonra danışıqlarda müəyyən dinamika varmı” sualına Paşinyan bu görüşün tanışlıq xarakteri daşıdığını və onu dönüş nöqtəsi hesab etmədiyini bildirib.

“Birinci görüşdən nəticə gözləmək düzgün deyil.Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

 

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan hələ ki bu mövzuda heç bir danışıq aparılmadığını bildirib


Yazarlar