Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları davam etdirəcək

  36
00:40 13-07-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək. Paralel.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri açıqlama verib.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Nümayəndələr Palatasında çıxışı zaman bildirib ki, rəhbərlik etdiyi qurumun Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək planları yoxdur: “KXDR-in ABŞ-ın sanksiyalarının ləğvi üçün hansı addımları atacağına və ya atmayacağına dair fikir bildirməyəcəm. Lakin mətbuatda yazılanlara inanmayın”.

Birləşmiş Ştatların prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də baş tutan görüş iki ölkə tarixində ilk sammit olub.

 

Görüşün nəticələrinə görə Tramp bəyan etmişdi ki, Koreya yarımadasının nüvə silahından azad olması prosesi qısa zamanda başlayacaq.


Yazarlar