Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ölkəmiz bəşəriyyətə öz multikultural
dəyərləri ilə böyük töhfələr verir

  56
19:31 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan xalqı müxtəlif xalqlar, etnoslar, eləcə də qeyri-islami din konfessiyalara hörmətlə yanaşır

 Bu gün dünyada dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun yaranmasında, eləcə də, multikultural dəyərlərin təbliğində Azərbaycan da böyük rol oynayır.

Ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların, etnosların milli-mənəvi inkişafında müstəsna rol oynayan Azərbaycan dövləti, bu gün dünyaya həm də özünün multikulturalizm modelini təqdim edir. Azərbaycan ərazisində yaşayan xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasının, tolerantlıq və birgəyaşayış normalarına hörmətlə yanaşmasının nəticəsidir ki, ölkəmiz bəşəriyyətə öz multikultural dəyərləri ilə böyük töhfələr verir. Qarşılıqlı hörmətə, sülhə və mehriban münasibətlərə əsaslanan multikulturalizmin alternativinin olmaması, artıq bir çox dünya dövlətlərinin də qəbul etdiyi faktdır. Ona görə də, bir sıra dünya dövlətləri də sivilizasiyalar və mədəniyyətlərarası ünsiyyətə əsas verən bu dəyərlərlər sisteminin inkişafına öz töhfələrini verməyə çalışırlar. Xalqların böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün insanlar bir -birilərinin milli-mənəvi dəyərlərinə inteqrasiya edərək, müasirləşir biri-birilərini daha yaxşı tanıyırlar. Qarşılıqlı anlaşma şəraitində baş verən bu dialoq nəticəsində, bütün dünya xalqlarının multikultural dəyərlər sistemində birləşməsi baş verir ki, bu da dünyada baş verən dini və milli anlaşılmazlıqların aradan qaldıralması baxımından mühüm əhəmiyyət daşıyır. Xalqımız sülh və əmin-amanlıq şəraitində yaşamağa tərəfdar çıxdığını sübut edərək, multikulturalizmin və tolerantlığın Azərbaycanın ta qədim zamanlardan mental dəyərlərinin tərkib hissəsi olduğu bütün dünyaya çatdırılmış oldu.

Bu da danılmaz həqiqətdir ki, əsrlər boyu öz milli mədəniyyətinin tərkib hissəsi olan tolerantlığı, mədəni-mənəvi dəyərləri və multikulturalizmi qoruyub saxlayan Azərbaycan xalqı, digər xalqların da mədən-mənəvi və mental dəyərlərinə dərin hörmətlə yanaşdığını əməli fəaliyyəti ilə sübüt edib. Azərbaycan xalqının müxtəlif xalqlar, etnoslar, eləcə də qeyri-islami din konfessiyalar hörmətlə yanaşmağın nəticəsidir ki, multikulturalizm hazırda xalqımızın həyat tərzinə, həyat fəlsəfəsinə çevrilib.

Bütün dünyada sivilizasiyalararası dialoq məkanı kimi tanınan respublikamız  indiyə qədər çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, bu da ölkəmizin multikultural bir dövlət kimi tanınmasında xüsusi rol oynayıb. Bu tədbirlərdə iştirak edən müxtəlif dövlətlərin nümayəndələri Azərbaycanda hər bir xalqın sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığının şahid olublar. Onlar sözün həqiqi mənasında, ölkəmizdə multikulturalizmin xalqın həyat tərzi olduğunu görüblər. Ölkəmizdə nüfuzlu beynəlxalq mədəniyyət və idman tədbirlərinin keçirilməsi də, Azərbaycanın inkişafından, həmçinin, bütün dünyaya açıq bir dövlət olmasından xəbər verir.

Bu da məlumdur ki, bütün dünyada sivilizasiyaların toqquşması prosesinin tüğyan etdiyi, bir çox ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini və etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda, Azərbaycan öz tolerant mühiti ilə gündəmdə qalmağı bacarır və eyni zamanda multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi üçün lazım olan bütün işləri görür. Buna görə də, "Multikulturalizm ili"ndən sonra, 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması da, təsadüf hesab oluna bilməz. Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması, həm də beynəlxalq aləmə mühüm bir mesajdır. Bununla bir daha sübut edildi ki, Azərbaycan multikultural və zəngin mədəni dəyərlərə sahib olmaqla yanaşı, özünü İslam dünyasında, müsəlman coğrafiyasında da, nüfuzlu dövlət kimi tanıda bilib. Azərbaycan eləcə də,

müsəlman həmrəyliyinin təmin olunmasında mühüm rol oynadı. Ölkəmiz bu mənada həm də İslam məkanında sabitliyə və həmrəyliyə böyük önəm verdiyini ortaya qoydu. Eyni zamanda, hazırda İslam dövlətlərində daha çox ehtiyac duyulan tərəqqi naminə həmrəyliyə hər zaman hazır olduğunu əməli işi ilə sübüt etdi. Bu o məqamda baş verir ki, sivilizasiyaların toqquşmasının müşahidə edildiyi hazırkı şəraitdə müsəlman ölkələrində sabitliyin pozulmasında maraqlı olan bir sıra qüvvələr, İslam ölkələrinə qarşı total hücumlar təşkil edərək neqativ hallara meydan açırlar.

Onlar məqsədyönlü şəkildə radikallığa və terrorizmə şərait yaradaraq, hətta  İslam dinini sözügedən terminlərlə eyniləşdirirlər. İslam dini haqqında bu rəy formalaşdıranlar isə onun dünya üçün təhlükə olduğunu iddia etməkdən belə çəkinmirlər. Bu qüvvələr İslamı terrorizmlə eyniləşdirərək, islamofobiyaya rəvac verir, xalqlar arasında dini ayrı-seçkilir salır, müsəlman qaçqınlara hörmətsizlik nümayiş etdirərək, qarşıdurmanı gücləndirməyə cəhdlər edirlər. Bəzi dövlətlər isə daha qəddar hərəkət edərək, miqrantları qəbul etməyə hazır olduqlarını desələr də, müsəlmanları qəbul etməyəcəklərini xüsusi olaraq qeyd edirlər. Bu da faktdır ki, dünyada mövcud olan 160 münaqişə ocağının 40-da hərbi toqquşmalar gedir, insanlar həlak olurlar. Təəssüf ki, bu savaş məkanlarının əksər hissəsi İslam coğrafiyasına aid ərazilərdir. İslam coğrafiyası dünya ərazisinin beşdəbir hissəsini əhatə etsə də, dünya mediasında İslamı gözdənsalma kampaniyası geniş vüsət alıb və İslam dünyası haqqında aşağılayıcı rəy yaratmağa cəhdlər edilir. Azərbaycan isə özünün əməli fəaliyyəti ilə, məhz bu kampaniyaya qarşı həmrəylik nümayiş etdirməyin vacibliyini önə çəkir.

İslam dünyasının media rəhbərləri də, bu basqılara qarşı mübarizədə bir araya gəlməli və effektiv fəaliyyət üçün vahid platforma hazırlanmalıdırlar. Bu isə başqalarına qarşı deyil, özünümüdafiə məqsədi üçün həyata keçirilməlidir.

Azərbaycan dünyada milli, dini zəmində baş verən toqquşmalara, dövlətlərarası etimadsızlıq hallarına baxmayaraq, ölkəmizdə mövcud olan multikultural mühiti qoruyur və inkişaf etdlirir. Azərbaycanda yaşayan xalqlar isə milli həmrəylik nümayiş etdirirlər.

Azərbaycan dövlətinin həyata keçirdiyi dövlət-din siyasətin nəticəsidir ki, bu gün bir çox dünya dövlətləri dövlət-din münasibətlərində Azərbaycan modelinə daha çox üstünlük verirlər. Ölkə əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda məscidlərlə birgə, kilsələrin, sinaqoqların fəaliyyət göstərməsi, multikulturalizmin bir dövlət siyasəti olduğuna əyani sübutudur.

Fevral ayında Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi "Sülh üçün dinlərarası dialoq: Sülh içində birgəyaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək" mövzusunda yüksək səviyyəli forum keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə çıxış edərək qeyd edib ki, bu gün bütün problemlərin fövqündə dayanan sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı mütləq vacibdir. Şeyxülislam söyləyib ki, Tanrının xəlq etdiyi ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən, onların birgə əməkdaşlığı və dialoqundan keçir. A.Paşazadə müxtəlif dinləri və mədəniyyətləri təmsil edən insanların eyni cəmiyyətdə sülh içində birgəyaşayış və birgə vətəndaşlığı məsələsinə toxunaraq Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb: "Təmsil etdiyim çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikulturalizm bizim həyat tərzimizdir. Ölkədə dövlət-din münasibətləri düzgün qurulub. BMT-nin dəstəklədiyi dəyərlərin sırasında mühüm yer tutan, vətəndaş cəmiyyəti və həqiqi demokratiyanın vacib elementi olan milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev etnik və dini müxtəlifliyi ölkəmizin milli sərvəti kimi dəyərləndirir".

Daha sonra qeyd olunub ki, dinlərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycan, bu gün mədəniyyətlər və dinlərarası dialoqa dair beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi ünvanı kimi tanınır. Bu mövqe isə müstəqil Azərbaycanda məntiqli və davamlı şəkildə aparılan siyasət nəticəsində əldə olunub. Ümumiyyətlə, dünya əhalisinin 14 faizi, Avropa əhalisinin isə 5 faizi müsəlmandır. Hazırda dünyanın 160 ölkəsində İslam camisi fəaliyyət göstərir və insanlar öz cəmiyyətlərini qurublar. Müsəlman ölkələrinin siyasi cəhətdən birləşməsi istiqamətində tarixən aparılan işlərin məntiqi nəticəsi isə İslam Əməkdaşlıq Təşkilatının yaradılmasıdır. Azərbaycan da müstəqilliyin bərpasından sonra bu qurumun üzvü olmaqla, həmin təşkilatda İslam dünyasında siyasi birliyin əldə olunmasına mühüm töhfələr verir. Azərbaycan parlamentinin nümayəndə heyəti bu gün İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında təmsil olunur, öz mövqeyini ortaya qoyaraq həmrəylik nümayiş etdirir. Azərbaycan Prezidentinin İslam həmrəyliyi ilə bağlı çağırışında bu mühüm məsələ də öz əksini tapır. Bu çağırışın ideyası

odur ki, müsəlman ölkələri iqtisadi, siyasi və mənəvi cəhətdən bir-birinə daha sıx bağlansın, bir-birini ciddi müdafiə etsinlər. Bu isə tolerantlığın və ümumbəşəri dəyərlərin, təkcə bir region daxilində deyil, dünya miqyasında bərqərar olmasını tələb edir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar