Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

  22
19:25 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-dən 14-dək təmir işləri aparılacaq.

Bu barədə Paralel.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bununla əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Yazarlar