Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncə hadisələrinə görə  9 nəfər həbs  olundu - RƏSMİ AÇIQLAMA

  17
18:45 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

 

 

Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

 Baş Prokurorluq,Daxili İşlər Nazirliyi  və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Modern.az-a  daxil olan birgə məlumatda qeyd olunur ki, bu gün, iyulun 12-də Azərbaycanın Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov , daxili işlər naziri, general-polkovnik  Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyib.

 

Məruzə olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.   

 

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

 

Müşavirədən sonra Baş prokuror Zakir Qaralov , daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi  kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak edib. Onlar, Azərbaycan Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.

 


Yazarlar