Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Alimlər şəhərciyi”ndə ev almaq üçün elektron müraciət etmək mümkün olacaq

  21
18:30 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Abşeron rayonu, Saray qəsəbəsində elm və təhsil işçiləri üçün tikilən “Alimlər şəhərciyi”ndə ev sahibi olmaq istəyənlərə müraciət üçün yeni imkan yaradılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, “Alimlər şəhərciyi”nə www.sciencecity.az – saytı vasitəsi ilə elektron müraciət etmək olar.

 

“Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq-inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

 

Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması nəzərdə tutulur.


Yazarlar