Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fəzail Ağamalı:

  18
17:55 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbyacanda bəzi yerlərdə işıqların sönməsilə bağlı deputat Fəzail Ağamalı Modern.az-a açıqlama verib.

 

F.Ağamalı bildirib ki, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev xalq qarşısında cavab verməlidir:

“Az öncə mağazadaydım, işıqlar söndü. Bu, sahibkarlar üçün çox böyük zərər deməkdir. İnsanlara bu dərəcədə narahatlıq vermək olmaz. Belə görünür ki, prezidentin bir neçə gün əvvəl keçirdiyi müşavirədə səsləndirdiyi iradlara nəzər yetirilmir. Çünki işıqla bağlı problemlər hələ də aradan qalxmayıb. Bu bizi çox məyus edir”.

F.Ağamalı qəza ilə bağlı yaradılmış komissiyanın işindən də narazılıq edib:

“Onlar da proseslərlə bağlı ictimaiyyətə hər hansı məlumat vermir. Demək ki, nəsələrsə yolunda getmir. Xüsusilə ölkəmizdə vəziyyətin gərginləşdiyi bir vaxtda, komissiyanın sədrinə və üzvlərinə müraciət edirəm ki, məsələlərə aydınlıq gətirsinlər. Etibar Pirverdiyev, “Azərenerji”nin aidiyyatı qurumları efirə çıxsın, xalq qarşısında cavab versinlər. Buna borcludurlar. Pirverdiyev müşavirədə verilən tapşırıqlara nə üçün riayət etmədiyini açıqlasın. Əgər komissiya Etibar Pirverdiyevin fəaliyyətini hər hansı şəkildə yumşaltmağa, ört-basdır etməyə çalışsa, onda komissiya özü də Azərbaycan prezidentinin, Azərbaycan xalqının iradəsi qarşısında cavab verməli olacaq”.


Yazarlar