Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Azərişıq” işıqların kəsilməsinə görə ÜZR İSTƏDİ

  114
17:30 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.


Bu barədə Paralel.az-a"Azərışıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Musyafayev məlumat bildirib.


O bildirib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, Xəstəxanalar, Dövlət əhəmiyyətli obyektlərin Elektrik Enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib. Hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar".


Qurum rəsmisi bildirib ki, yaranmış narahatlığa görə ”Azərişiq” ASC İstehlakçılarından üzr istəyir.


Yazarlar