Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İşıqlar söndü - Bakı metrosu 2 stansiyanı BAĞLADI

  248
17:02 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Paralel.az-a açıqlamasında az sonra bu barədə məlumat veriləcəyini bildirib.

 

“Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Paralel.az-a metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib:

“Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-“Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:1-dan etibarən stansiyaya giriş bağlanıb”.

 

B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb:

“Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

 

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaalrın girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib:

“Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.

 

Yazarlar