Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirin işdən qovduğu 11 şöbə müdiri bu rayonlardadır - SİYAHI  

  58
16:05 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ayda aparılan araşdırmalar zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ciddi nöqsanlara yol verən 11 rayon şöbəsinin rəhbərinin işdən azad edildiyini bildirib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda həmin rayon şöbələrinin adları açıqlanmayıb.


Bəs onlar hansılardır? Paralel.az saytı bu sualla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edib.


Nazirliyin şöbə müdiri Fazil Talıbov Paralel.az-ın sorğusuna cavab olaraq, həmin rayonların adlarını açıqlayıb.

 

Həmin siyahını təqdim edirik:

1. Bakı şəhəri Yasamal rayon şöbəsinin müdiri;

2. Bakı şəhəri Sabunçu rayon şöbəsinin müdiri;

3. Bakı şəhəri Suraxanı rayon şöbəsinin müdiri;

4. Bakı şəhəri Xətai rayon şöbəsinin müdir müavini;

5. Xaçmaz rayon şöbəsinin müdiri;

6. Quba rayon şöbəsinin müdiri;

7. Şirvan rayon şöbəsinin müdir müavini (şöbə müdiri vəzifəsini icra edən);

8. Lənkəran rayon şöbəsinin müdiri;

9. Cəlilabad rayon şöbəsinin müdiri;

10. Salyan rayon şöbəsinin müdiri;

11. Şamaxı rayon şöbəsinin müdiri.

 

 


Yazarlar