Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq  

  20
12:30 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

“II qrup əmək qabiliyyətli əlilliyi olan şəxslərə ixtiaslaşmış iş yerləri yaradılacaq”.

Bu barədə  Paralel.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.


Komitə sədri bildirib ki, bununla bağlı xüsusi qanun layihəsi hazırlanır.

“Yeni qanun layihəsində elə məqamlar göstəriləcək ki, sahibkarlar həmin qrup insanlar üçün iş yerlərinin yaradılmasına maraqlı olsun.  Həmçinin qanun layihəsində  iş yerləri üçün müəyyən kvota məsələsi də əksini tapacaq”.

H.Rəcəbli bildirib ki, yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə təqdim olunacaq.

 

 


Yazarlar