Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ölümlə nəticələnən avtobus qəzasına görə CİNAYƏT İŞİ başlandı

  21
12:10 12-07-2018
Şriftin ölçüsünü dəyiş  

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşması faktı ilə bağlı cinayət işi başlanıb.

 

Paralel.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ağır yol qəzası baş verib.

 

"90-OJ-802" dövlət nömrə nişanlı yük maşını Bakı istiqamətində hərəkət edərkən "10-TF-383" dövlət qeydiyyat nişanlı 149 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


Yazarlar