Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xəzərdə 3 nəfər batdı

  72
22:15 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Xəzərdə 3 nəfər batıb. Paralel.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Yazarlar