Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Makedoniyalı siyasətçi: “Xain qüvvələr Azərbaycanı qarışdırmaq gücündə deyillər”  

  65
21:15 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Gəncədə baş verən hadisələrə münasibət bildirib.

“Təəssüf edirəm ki, iki azərbaycanlı polis qardaşımız dünyasını dəyişib. Azərbaycan regionda güclənən və inkişaf etməkdə olan dövlətdir. Bunu istəməyən qüvvələr var. Həmin qüvvələr ölkəni qarışdırmaq üçün müəyyən xain, dövlətə qarşı çıxa biləcək terrorçu dəstələr yaradırlar. Bu, köhnə üsuldur. Bu,taktika ilə dövlətə təsir etməyə çalışırlar. Unutmaq olmaz ki, Azərbaycan həmin dövlətlərin sırasına aid etmək olmaz. Həmin qüvvələr Azərbaycanı qarışdırmaq gücündə deyillər”.


Elnur Eltürk


Yazarlar