Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dövlət İmtahan Mərkəzi imtahan nəticələrini AÇIQLADI

  37
20:05 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilən imtahanların nəticələrini elan edib. DİM-dən Paralel.az-a verilən məlumata görə, imtahanların nəticələri 11 iyul saat 19:33-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər (şagirdlər) DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

 

Abituriyentlər (şagirdlər) imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

 

Nəticələrə əsasən:

 

– ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 18 116 abituriyentdən 3 001 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 15 103 abituriyentdən 12 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

– Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4 437 abituriyentdən 721 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edən 3 715 abituriyentdən 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

– Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.

 

Qeyd edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 12-13 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 


Yazarlar