Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

  24
19:25 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, 2017-2018-ci ilin may ayınadək komitənin Mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

 

Tərtib edilmiş protokollardan 35-i əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılıb (1 protokol barəsində isə şifahi xəbərdarlıq olunub), 6-sına xitam verilib, həmin protokollar nəticəsində ayrı-ayrı şəxslərə ümumilikdə 52 950 manat cərimə tətbiq edilib.

 


Yazarlar