Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

AMEA-da yeni TƏYİNAT

  20
17:15 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Paralel.az-a  verilən məlumata görə, iclasda Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edilib, Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.

Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.

 

İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer  Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

 

 Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.


Yazarlar