Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cavid Qurbanov dəmir yollarındakı vəziyyətlə bağlı müşavirə keçirdi

  68
14:30 11-07-2018
Şriftin ölçüsünü dəyiş  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kollegiya iclası keçirilib. İclas iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilən tapşırıqlarla bağlı olub.

 

Bu barədə Paralel.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, prezident İlham Əliyev yekun nitqində onalrın qarşısında duran prioritet məsələləri, fəaliyyət proqramını müəyyən edib:

 

“Dəmiryolçular qarşıya qoyulan bu vəzifələri vaxtında və keyfiyyətlə icra etməli, bunun üçün dəmir yolunda bütün qüvvələr ümumi işin icrasına səfərbər olunmalıdır”.


İclasın sonunda müvafiq strukturların rəhbərləri dövlət başçısının çıxışından irəli gələn vəzifələrin dəmir yolunda icrası ilə bağlı məlumat veriblər.

 

Qeyd edək ki, iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatının inkişaf istiqamətlərindən geniş söz açan dövlət başçısı dəmir yolu nəqliyyatının fəaliyyətindən və bu sahədə icra olunan layihələrdən danışaraq, müvafiq tapşırıqlar verib.

İlham Əliyev Bakı-Tbilisi-Qars və Şərq-Qərb dəhlizlərinin işə salınmasından, Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin icra edilməsindən, eləcə də Bakı-Astara yolunun modernləşməsi işlərinə gələn ildən etibarən start veriləcəyindən söz açıb.


Yazarlar