Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İsmayıllıda taksi heyvanla toqquşdu: 3 ölü, 3 yaralı

  68
01:00 15-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Paralel.az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

 

Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralıların adları hələlik məlum deyil.

 

Faktla bağı araşdırma aparılır.


Yazarlar