Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İradə Cavadovadan uzaqlaşdırıldığı Kollegiyaya tələb

  38
22:20 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

“11 iyun 2018 ci il tarixində A.R.Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən saat 18.30 radələrində təcili iclasa çağırıldım. Həmin iclasda Vəkillərin İntizam Komissiyasının üzvü Ş.Məmmədov K.Mürsəlovanın şikayətini əsas gətirərək, bütün sübutlara toxunmayaraq, məruzə edib və barəmdə hec bir sübuta söykənməyən qərəzli rəy təqdim olunub”. Paralel.az xəbər verir ki, bu fikirləri bu günlərdə Vəkillər Kollegiyasından çıxarılan İradə Cavadova Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, Vəkillərin İntizam Komissiyasının üzvlərinə Açıq Məktubunda bildirib.

 

İradə Cavadova daha sonra bildirir ki, 2005-ci ildən indiyə qədər bir dəfə də olsun barəsində hər hansı bir intizam tənbehi olmayıb: “Belə olan halda əsassız və qərəzli qərar qəbul edərək, məni sevdiyim peşəmdən məhrum ediblər. Hesab edirəm ki, barəmdə toplanmış materiallar Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının üzvlərinin hamısına təqdim edilməyib. Bu iclas iştirakçıların mənə verdiyi suallarından açıq-aydın görünürdü. Yetərincə sübutlarımın olmasına baxmayaraq, Rəyasət Heyətinin üzvləri dəlillərimi qəbul etməmiş və barəmdə yekdilliklə əsassız qərar qəbul edib.

 

Yuxarıdakı əsasları nəzərə alaraq, barəmdə toplanmış materialları Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının bütün üzvlərinə təqdim edilməsini və həmin sənədlər əsasında yenidən obyektiv qərar qəbul edilməsini tələb edirəm”.


Yazarlar