Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yerevan “POLONEZ”ə görə Belarusa rəsmi etiraz etdi

  14
18:10 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusiyanın Ermənistandakı səfiri İqor Nazarukla Azərbaycanla bağlı görüş keçirib.

 

Paralel.az Qriqoryanın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, o, görüş zamanı Azərbaycana silah satışından narazılıq edib.

 

“Mən Səfirə dərin narahatlığımı bildirdim. Belarus, tərəfdaş öhdəliklərə malik, Ermənistanla dost ölkə kimi Azərbaycana silah satır. Bu regionda sabitliyin qorunmasına yönəlmiş səyləri təhdid edir və bölgədə silahlanma yarışına töhfə verir” – Qriqoryan öz səhifəsində yazıb.

 

Qeyd edək ki, Ermənistan tərəfinin narahatçılığına səbəb bu yaxınlarda Belarusiyadan alınan və ordumuzun silahlanmasına qəbul olunan “POLONEZ” raket kompleksidir.

 

Əvəz ZEYNALOV

 


Yazarlar