Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ağ Ev yenidən Şimali Koreyaya şərt kəsdi

  15
17:55 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya tətbiq edilən sanksiyaların qaldırılması şərtlərindən danışıb.

 

Paralel.az BBC-yə istinadən xəbər verir ki, Pompeo Seulda keçirilən mətbuat konfransı zamanı bildirib.

O yarımadanın nüvə silahlarında tam və geri dönüşü qeyri-mümkün şəkildə təmizlənməsindən sonra iqtisadi sanksiyaların qaldırılacağını bildirib.

 

Pampeo Koreya Respublikasını burada olan müttəfiqlərlə görüşüb Sinqapur görüşünün nəticələri barədə danışıqlar aparmaq üçün ziyarət edib.

O həmçinin tarixi sammitdən sonra ABŞ prezidentinin Cənubi Koreya ilə hərbi təlimlərin sonlandırılması haqda bəyanatını da müzakirə edəcək.

 

Qeyd edək ki, ABŞ dövlət katibi mətbuat konfransında çıxışı zamanı Şimali Koreya KİV-nin ABŞ-ın güzəşt getməyə hazır olması barədə fikirləri də rədd edib.

 

Əvəz ZEYNALOV

 


Yazarlar