Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dindarların uzunömürlülük sirri AÇIQLANDI

  12
17:35 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın Ohayo Universitetinin alimləri dindar olmağın insan ömrünü uzatdığı qənaətinə gəliblər.

 

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar öz araşdırmalarını “Social Psychological and Personality Science” jurnalında dərc ediblər.

 

Araşdırma üçün 42 şəhərdə yaşayan 1100 sakin əsas götürülüb. Onların cinsi, sosial status və digər faktların araşdırılmasından sonra da dindar insanların orta ömrünün 3,8 il daha uzun olduğu aydınlaşıb.

 

Alimlər dindarların çox yaşamasını onların daha çox könüllü təşkilatlarında, xeyriyyə birliklərində təmsil olunmaları, stressə az məruz qalmaları, zərərli vərdişlərdən çəkinmələri  və s. amillərlə əlaqələndirirlər.

 

 


Yazarlar