Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gürcüstan prezidenti baş nazirin istefasını anlaya bilmir

  10
14:45 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Gürcüstan prezidenti Georqi Marqvelaşviliyə baş nazir Georqi Kvirikaşvilinin istefası müəmmalı qalıb.

 

Paralel.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə Batumidə keçirilən 15-ci beynəlxalq “Gürcüstanın Avropa yolu” konfransında danışıb.

“Mən dörd yüksək vəzifəli şəxslə işləmişəm. Mən dəqiq deyə bilərəm ki, onların içərisində cənab Georqi işdə nə işlə məşğul olduğunu dəqiq və aydın başa düşən, ölkəni hansı istiqamətdə inkişaf etdirdiyini bilən ən rahat vəzifəli şəxs idi. Mən düşünürəm ki, bu maskarad artıq sona yetməlidir” – Marqvelaşvili eks baş nazir haqda bildirib.

 

O həmçinin, Avropanı misal gətirərək orada hakim partiya liderlərinin baş nazir olduğunu vurğulayıb.

Bununla ölkə prezidenti hakim partiya lideri Bidzina İvanişviliyə işarə edib.

 

Qeyd edək ki, Gürcüstanın eks baş naziri Georgi Kvirikaşvili iyunun 13-də öz vəzifəsindən istefa verib. O bunu hakim partiya lideri Bidzina ivanişvili və  tərəfdaşları arasında fundamental məsələlərdə fikir ayrılığı ilə əsaslandırıb.

 

Əvəz ZEYNALOV

 


Yazarlar