Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Litva “Sayudis”i və Azərbaycan diasporu - Mahir Həmzəyev kimdir...  

  15
13:30 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bu il Litvada məşhur ictimai təşkilat – “Sayudis”in yaradılmasının 30 illiyi geniş qeyd edilir. Yubiley tədbirləri çərçivəsində 4 iyun 2018-ci il tarixində Litva Respublikasının Seymində “Sayudis”in 30 illiyinə həsr olunmuş təntənəli iclas keçirilib. Azərbaycan Respublikasının Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev bu ölkədəki diplomatik korpusun digər təmsilçilərilə birgə bayram tədbirində iştirak edib.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev də Litva Respublikası Seyminin sədri Viktoras Pransketis tərəfindən dəvət olunmuş “Sayudis” hərəkatının tanınmış xadimlərindən biri olaraq bu dövlət tədbirinə qatılıb.
“Sayudis”in əsası Milli Xalq Hərəkatının təzahürü olaraq, 35 nəfərin daxil olduğu Litva elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət qrupun təşəbbüsü ilə 3 iyun 1988-ci ildə Litva SSR Elmlər Akademiyasında keçirilmiş tarixi toplantıda qoyulub. Hərəkatın ilk qurultayı Litva SSR-nin bütün şəhər və rayonlarından seçilmiş 1027 nəfər xalq təmsilçisinin iştirakilə 22-23 oktyabr 1988-ci ildə Vilnüsdə keçirilib.

“Sayudis” Milli Azadlıq Hərəkatının həm ideya bayrağı, həm də təşkilatçısı və əsas aparıcı qüvvəsi olaraq 11 mart 1990-cı ildə Litvanı Dövlət Müstəqilliyinin bərpa olunmasına gətirib çıxarıb. 1988-1990-cı illərdə “Sayudis”in sədri olmuş dünyaca ünlü siyasətçi, professor Vitautas Landsbergis müstəqilliyin bərpasından sonra – 1990-1992-ci illərdə Litva Seyminin sədri - müstəqil Litvanın ilk dövlət başçısı olub.

Litva Azərbaycanlıları Cəmiyyəti 1988-ci ildə Litvada başlanmış Dirçəliş hərəkatı və dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizənin Litva milli azlıq təşkilatları arasında ilk təşəbbüsçülərindən biri kimi çıxış edib. Cəmiyyət həmçinin 1988-1992-ci illərdə Vilnüsdə fəaliyyət göstərmiş “Millətlərarası Əlaqələndirmə Assosiasiyası”nın təsisçilərindən olub.
1990-1991-ci illərdə Litva Azərbaycanlıları Cəmiyyətinin təmsilçisi Litva Seyminə deputat seçilərək, fəaliyyət göstərib. O, həmin illərdə eyni zamanda Litva ictimai-mədəni dairələri və demokratik qüvvələrinin Azərbaycan Milli Azadlıq Hərəkatına, dövlət müstəqilliyi uğrunda xalq mücadiləsinə dəstək və həmrəyliyini ifadə etmək məqsədilə Litva “Sayudis”inin xəttilə bir neçə dəfə Bakıya ezam olunub, o cümlədən 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin ilk qurultaylarında qonaq qismində iştirak edib.

Litva Prezidenti Valdas Adamkus 2006-cı ilin iyun ayında Azərbaycan Respublikasına ilk rəsmi dövlət səfəri zamanı onun və xanımının şərəfinə Prezident İlham Əliyev tərəfindən verilmiş ziyafətdə etdiyi çıxışında Litva azərbaycanlılarının o dövrdəki fəaliyyətini beə dəyərləndirib:

“...Cənab Prezident! Məmnuniyyətlə qeyd etmək istərdim ki, Dirçəliş Hərəkatının – Litva “Sayudis”inin hələ ilk təşəkkül tapması dövründə, Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmış və yaradıldığı gündən indiyədək filoloq araşdırmaçı Mahir Həmzəyevin sədrlik etdiyi bu təşkilat, digər milli azlıqlarla bərabər, Litvanın dövlət müstəqilliyinin bərpa olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması üçün çox işlər görmüşdür. Dövlətimizə belə loyal münasibət göstərdiklərinə görə biz Sizin soydaşlarınıza - Litvanın azərbaycanlı vətəndaşlarına minnətdarıq”.

 

Elnur Eltürk


Yazarlar