Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xarici şirkətlər İrandan ÇƏKİLƏCƏK? – Analitik ABŞ-ın planlarını AÇIQLADI

  13
13:20 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın sanksiya təhdidinə görə İranda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti ölkəni tərk edəcək.

 

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının beynəlxalq iqtisadiyyat üzrə keçmiş direktoru Devid Mortlok bildirib.

Ekspertin fikrincə, sanksiyalara görə İranda olan xarici şirkətlərin əksəriyyəti ölkəni tərk edəcəklər.

 

“Yox əgər 90-cı illərdə olduğu kimi bu baş verməzsə ABŞ müttəfiqlərin şirkətlərinə qarşı da sanksiyalar tətbiq etmək kimi çətin seçim qarşısında qalacaq” – Mortlok bildirib.

 

Onun sözlərinə görə ABŞ-ın nüvə razılaşmasından çıxması onun müttəfiq ölkələrlə əlaqələrinə təsir etməlidir. Mortlokun qeyd etdiyi kimi bu, ABŞ daha çətin bir vəziyyətə sala bilər.

 

Belə ki, hazırda tətbiq etdiyi rüsumlara görə onsuz da Avropa onunla münasibətlərə bir daha baxır. İkinci bir tərəfdən sanksiyaların tətbiqi isə münasibətlərə daha da pis təsir edə bilər.

Bununla yanaşı ekspertin fikrincə, sanksiyalar ağılla tətbiq edildikdə çox güclü bir alətə çevrilə bilər.

 

Onun sözlərinə görə ABŞ-ın Maliyyə Nazirliyi ölkədəki şirkətlərin xarici aktivləri barəsində geniş informasiyaya sahibdir.

“Bu isə ABŞ-a qərar qəbul edərkən daha incə davranmasına yardım edir. Beləliklə Ağ Ev özü ona hansı aktivlərin lazım olduğuna özü qərar verə bilir”.

 

Mortlok qeyd edib ki, sanksiyalar İran və Liviyada olduğu kimi nə qədər güclü təsir vasitəsi olsa da, onun bəzən işləmədiyi məqamlar da olur.

 

“Belə ki, sanksiyalar vasitəsi ilə hökumət bir sıra qurumlara təzyiq göstərir. Lakin sonda bu təsirə düşmək və ya əks qərar qarşı tərəfə məxsus olur”.

 

Əvəz ZEYNALOV


Yazarlar