Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Piyadanı vurub qaçan sürücü tutuldu

  13
11:50 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

İyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 

Paralel.az xəbər verir ki, bu barədə daxil olmuş məlumatla əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.

 

 

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən  Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.

 


Yazarlar