Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Devalvasiya olmayacaq - Elman Rüstəmovdan AÇIQLAMA

  18
11:20 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

"Hazırda Azərbaycan manatının devalvasiyası üçün heç bir əsaslı səbəb yoxdur".

Paralel.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, manatın məzənnəsi üçün əsas şərt neftin qiymətidir.

"Həmişə bu balansa diqqət etmək lazımdır. Lakin məzənmə bizim əsas hədəfimiz deyil, əsas hədəfimiz inflyasiyadır. Qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə, siz bunu devalvasiya hesab edirsinizz? Bu devalvasiya deyil. Bizim bundan əvvəl etdiklərimiz devalvasiya idi, mən bunu deyirəm. Amma səbəb o idi ki, neftin qiyməti 3 dəfə düşmüşdü. Manatın "üzməsi" isə devalvasiya deyil, valyuta çevikliyidir. Hazırda kəskin devalvasiya gözlənilmir, çünki heç bir əsas yoxdur.

Təklif tələbi 2,1 milyard dollar üstələyir"


Yazarlar