Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

  14
11:00 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Argentinada məhbuslar 2018 Dünya Çempionatına baxmalarına icazə verilməsi üçün aclıq aksiyası keçirirlər.

 

Paralel.az “Sovetskiy Sport”a istinadən xəbər verir ki, hadisə Argentinanın Puerto-Madrin şəhər həbsxanasında baş verib.

“Publimetro” nəşrinin məlumatına görə həbsxanada artıq 3 gündür ki, televiziya kabeli zədələnib. Müəssisənin əməkdaşları isə onu təmir etmək istəmirlər.

 

“Biz bu problemin həllinə qədər günorta və axşam yeməklərindən imtina etmək qərarı qəbul etmişik” – məhbuslar bəyan ediblər.

 

Şəhər məhkəməsi bu işə baxmaqdan imtina edib.

Qeyd edək ki, Argentina yığması D qrupunda İslandiya, Xorvatiya və Nigeriya ilə qarşılaşacaq.

 

Əvəz ZEYNALOV


Yazarlar