Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mərkəzi Bankın sədri inflyasiyaya dair proqnoz verdi  

  23
10:40 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

“İnfilyasiya proqnozunu hökumət və biz hazırlayırıq. Hazırda isə biz bu proqnozu dəyişmirik. Bildiyimiz kimi, qarşıdan yay mövsümü gəlir və inflayasiyanın azalacağı mümkün deyil”.

Paralel.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O, bildirib ki, Azərbaycan Mərkəzi Bankı hələ ki inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir.

“Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək.
Bu il ərzində inflyasiyanın azalması davam edir. 5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər inflyasiyanın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi, birrəqəmli səviyyədə olacağı gözlənilir".

 


Yazarlar