Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şahzadə Rusiyaya 9 təyyarə ilə gələcək

  11
10:25 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Rusiyaya 9 təyyarə ilə gələcək.

 

Paralel.az “Daily Storm” nəşrinə istinadən xəbər verir ki, o, Ritz Carlton otelinin bütün 11-ci mərtəbəsini tək özü və heyəti üçün sifariş edib.

 

Nəşrin məlumatına görə şahzadəni Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları qoruyacaq.

Otelin 11-ci mərtəbəsinə giriş xüsusi buraxılış vasitəsi ilə mümkün olacaq. Rəhbərlik məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov prezident Putinin çempionat öncəsi qarşılayacağı 13 yüksək çinli qonaqların adlarını çəkib. Onların içərisində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudun da adı var.

 

Əvəz ZEYNALOV

 


Yazarlar