Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Putin-Tramp görüşü üçün hazırlıqlar gedir

  13
10:20 14-06-2018
Şriftin ölçüsünü dəyiş  

Moskva və Vaşinqton iki ölkə liderlərinin görüşünü təşkil etməyi planlaşdırır.

 

Paralel.az “TASS” agentliyinə istinadən xəbər verir ki, görüşün keçirilməsi üçün mümkün yerlərdən biri kimi Avstriya düşünülür.

Bu barədə agentliyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Rusiya və Avropa üzrə baş direktoru Riçard Xuker bildirib.

 

“Hər iki tərəf görüş barəsində düşünür. Mən düşünmürəm ki, artıq hər hansı bir detallar müzakirə olunub və ya qərar qəbul olunub. Amma hər  iki tərəf bu barədə düşünür” – Xuker bildirib.

O Avstriyanın da mümkün görüş yerlərindən biri kimi müzakirə olunduğunu qeyd edib. Lakin hansı sa konkret qərarın qəbul olunmadığını vurğulayıb.

 

Qeyd edək ki, “The Vall Street Journal” Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüş yeri kimi Venanı planlaşdırdığını bildirib. Jurnalın məlumatın görə Putin Avstriya kansleri Sebastyan Kurtsla bu barədə müzakirələr də aparıb.

 

Əvəz ZEYNALOV


Yazarlar