Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

UEFA-nın “Qalatasaray”a kəsdiyi cəza bəlli olub

  34
20:55 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

UEFA-nın “Qalatasaray”a kəsdiyi cəza bəlli olub. Modern.az futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa çempionu qitə futbol qurumu ilə müqavilə imzalayıb.

4 il üçün nəzərdə tutulan həmin müqavilənin detalları da açıqlanıb. Belə ki, tərəflər arasında razılığa əsasən, Türkiyə klubu qarşıdakı 4 ildə 4 tələbə əməl etməyi boynuna götürüb.

 

1. Qarşıdakı 4 mövsüm klub Çempionlar Liqası və Avropa Liqasında iştirak edəcəyi halda qrup mərhələsi üçün iştirak ərizəsinə 25 yox, 21 futbolçu salınacaq. Şərtlər yerinə yetirilsə, bu say mövsümdə bir oyunçu olaraq artırıla bilər.

 

2. Klub 2016-cı ildə maliyyə feyr-pley qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimələnəcək. Bunun 6 milyonu ilk olaraq ödəniləcəksə, qalan pulun ödənilməsi şərtlərə əməl olunmasına görə dəyişəcək.

 

3. Klubun ziyanı ilk ildə 20, ikinci ildə 10 milyon avroya düşürüləcəksə, “cim-bom” üçüncü ili zərərsiz tamamlamalıdır.

 

4. Yalnız satdığı oyunçu sayı qədər yeni transferlər edə biləcək.


Yazarlar